İyunun 2-dən 9-cu siniflər üçün buraxılış imtahanları başlayır

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 2021-ci il 2,3,9,10,16,17 iyun tarixlərində ayrı-ayrı bölgələr üzrə keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış DİM-in saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı, şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

 

Bildirilib ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə, yaxud rayonda verəcəklər. 

 

Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb.  Aşağıdakı cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda həmin gün hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.

 

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.

 

 

 



19.05.2021 | 16:06