Vətəndaş məmnunluğu üçün yeni elektron ünvan yaradılıb

Azərbaycan Texniki Universiteti (AzTU) vətəndaş məmnunluğunun artırılması istiqamətində daha bir addım atıb. Belə ki, universitet tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə [email protected]  elektron ünvanını istifadəyə verib. Qeyd olunan elektron ünvana tələbə və müəllimlər, o cümlədən əməkdaşlar öz təkliflərini göndərə biləcəklər.

 

Ali məktəbdən bildirilib ki, elektron ünvana göndərilən təkliflərə AzTU-nun rektoru Vilayət Vəliyev tərəfindən baxılacaq.

 

 



19.05.2021 | 18:00