Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisəsində AzTU-nun kafedra filialı açılıb

Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb.

 

Universitetdən bildirilib ki, məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işinin, magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir.

 

Açılışda AzTU-nun rektoru Vilayət Vəliyev, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak ediblər.

 

Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcəklər.

 

Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulub.

 

 



20.05.2021 | 17:02