AzTU-nun rektoru Türkiyənin Azərbaycandakı yeni səfiri ilə görüşüb

Azərbaycan Texniki  Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

 

Universitetdən bildirilib ki, Türkiyə Səfirliyində keçirilən görüşdə rektor V.Vəliyev ali məktəbdə müasir innovasiyalara uyğun aparılan islahatlar barədə səfirə məlumat verib. O, 2020-ci ildə Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə etdiyi səfər, orada təşkil olunan görüşlər və həyata keçirilən birgə layihələri səfirin diqqətinə çatdırıb. Qeyd olunub ki, hazırda AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur.

 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı iki ölkənin texniki universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib. 

 



21.05.2021 | 16:39