“Qalib müəllim” müsabiqəsinin qalibləri müəyyənləşib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qalib müəllim” müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb. 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqə çərçivəsində ümumilikdə 55 videohekayə təqdim edilib. 

 

Mayın 25-də müsabiqəyə təqdim edilən videohekayələrin  münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçimi mərhələsi baş tutub. Münsiflər heyəti tərəfindən 5 qalib müəyyənləşdirilib. 

 

Qeyd edək ki, qaliblərin mükafatlandırılması mərasimi 27 may tarixində keçiriləcək. Qaliblərə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si və qiymətli hədiyyələr təqdim olunacaq.

 

Müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.

 

 



27.05.2021 | 11:33