2-3 iyun tarixlərində 39047 şagird üçün buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) 2-3 iyun 2021-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

 

DİM-dən bildirilib ki, imtahanlar respublikanın 28 şəhər və rayonunda təşkil olunacaq.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılış rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb.

 

İyunun 2-də keçiriləcək imtahanda 18609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20438 nəfər olmaqla, ümumilikdə 39047 şagirdin iştirakı nəzərdə tutulub.

 

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx və davranış qaydaları ilə buradan tanış olmaq olar.

 

 



31.05.2021 | 13:30