UNEC Gürcüstanda keçirilən 11-ci Beynəlxalq təhsil sərgisində

ExpoGeorgia tərəfindən Gürcüstanda təşkil olunan 11-ci Beynəlxalq təhsil sərgisində Azərbaycan Dövlət İqtisad Universiteti də (UNEC) iştirak edib.

 

20-dən çox xarici ölkənin təmsil olunduğu sərgidə UNEC özünün təhsil xidmətlərini nümayiş etdirib. Online formatda  keçirilən sərgidə iştirakçılara UNEC-də təhsil imkanları, mübadilə və ikili diplom proqramları haqqında məlumat verilib. Həmçinin, sərginin saytında bu ali məktəbin tədris proqramlarının broşür və promo-materialları yerləşdirilib, videoçarxları nümayiş olunub. 

 

Sərgidə UNEC barədə maraqlanan iştirakçıların  sualları da cavablandırılıb.

 

Xatırladaq ki, UNEC ötən ilin aprel ayında Türkiyədə, may ayında Mərəkeşdə online olaraq təşkil edilən a2 Beynəlxalq təhsil sərgisində də iştirak edib. Sərgidə Avropa, Amerika və digər xarici ölkələrdən  41 təhsil, tədris müəssisəsi təmsil olunub.

 

 



01.06.2021 | 11:29