Riyaziyyat və fizika fənləri üzrə final turu

İyunun 1-də riyaziyyat və fizika fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilir.

 

Riyaziyyat fənni üzrə 73, fizika fənni üzrə isə 72  şagird final turunda iştirak edir.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.

 

Respublika fənn olimpiadalarının təşkilat komitəsi bütün şagirdlərə uğurlar arzulayır.

 

 



01.06.2021 | 11:09