“Təhsil aldığım ali məktəb xarici universitetlərdən geri qalmır”

Magistraturaya qəbul imtahanlarında ən yüksək bal toplayaraq Respublika birincisi olan Vüsal Kərimov Bakı Ali Neft Məktəbində (BANM) Neft-qaz mühəndisliyi ixtisası üzrə V kursda təhsil alır.

 

V.Kərimov  magistraturaya hazırlaşmağında BANM-də 5 il ərzində əldə etdiyi təhsilin, seçdiyi kursun və müəllimlərinin əməyinin böyük olduğunu deyir.  

 

Qəbul imtahanının birinci turunda 88 bal toplayan Vüsalın seçimi BANM-in Yataqların işlənməsi və idarə edilməsi ixtisası olacaq. O hesab edir ki, bu, hazırda təhsil aldığı ixtisasa uyğundur və həmin ixtisasın tədrisində BANM-in rəqibi yoxdur:”Xaricdə təhsil almaq üçün heç bir cəhd etmədim, çünki Bakı Ali Neft Məktəbi təhsilə görə digər xarici universitetlərdən geri qalmır”.

 

Qeyd edək ki, Vüsal Bakıda anadan olub və 107 saylı tam orta məktəbi bitirib. O, bakalavr pilləsi üzrə qəbul imtahanında 662 bal toplayıb.

 



02.06.2021 | 14:44