Avropa İttifaqının dəstəklədiyi EQAR layihəsi çərçivəsində onlayn görüş

Avropa İttifaqının maliyyə dəstəyi ilə Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Rektorlar Konfransının yaradılması” (EQAR) layihəsinin onlayn görüşü keçirilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, görüşdə Litva, Fransa, İsveç, Polşadan olan avropalı tərəfdaşlarla yanaşı, 15 yerli tərəfdaşın nümayəndələri də iştirak edib. ADPU-dan həmin görüşə ali məktəbin  əməkdaşları- Ülviyyə Hacıyeva və Günay Məhərrəmova qatılıb.

 

Görüşün məqsədi layihənin 1 nömrəli işçi paketinə daxil olan tapşırıqların icrası və bölüşdürülməsi, tapşırıqlar üçün son tarixlərin müəyyənləşdirilməsi və müvafiq sənədlərin hazırlanma qaydalarının müzakirəsi olub.

 

Cari ilin may ayının əvvəlində geniş təqdimatı keçirilmiş layihə üzrə ilk  təlim litvalı  mütəxəssis Inga Juknytė-Petreikienė tərəfindən aparılıb. EQAR layihəsi çərçivəsində baş tutan təlimlər tərəfdaş universitetlərdə sorğuların keçirilməsi və tərtibi üzrə müzakirə məqsədi daşıyır.

 

Qeyd edək ki, layihə 3 il davam edəcək.



02.06.2021 | 17:32