Bakı Ali Neft Məktəbi TOP 10 universitet arasında liderdir

Bakı Ali Neft Məktəbi (BANM) 4 il ərzində ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta ballara görə ölkə üzrə bütün ali məktəblər arasında birinci yeri tutub. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatında bildirilib. 

 

2017/2018-ci tədris ili üçün keçirilmiş qəbul imtahanlarında abituriyentlər tərəfindən toplanılan orta balların təhlili zamanı ən yüksək nəticə göstərmiş top 10 ali təhsil müəssisəsi arasında BANM yenə yüksək nəticə nümayiş etdirərək  (678,4 orta bal) liderliyini qoruyub.

 

Təsadüfi deyil ki, builki ilk qəbul imtahanında I qrup üzrə 700 bal toplamış Əsra Bayramova və Vasif Əsədovun da seçimi məhz BANM olub. Əsra Bayramova “İnformasiya təhlükəsizliyi”, Vasif Əsədov isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarını seçib.

 

Qeyd edək ki, ötən il də  I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 7 tələbənin hər birinin seçimi BANM olmuşdu. Eyni zamanda ötən iI I qrup üzrə Prezident təqaüdünə layiq görülmüş  25 tələbənin 24-ü BANM-da təhsil alır.



27.06.2018 | 16:45