BDU-da 244 qrup üzrə 5603 tələbə imtahan verib

Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, iyunun 7-də 244 qrup üzrə 5603 tələbə (596 nəfər SABAH qrupu olmaqla) imtahan verib. Qazax filialında isə 517 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 102 ixtisaslaşmada 59 fənn üzrə 425 nəfər imtahan verib. İmtahan prosesində heç bir neqativ hal müşahidə olunmayıb.

 

İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.

 

Qeyd edək ki, imtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı “İmtahan Qərargahı” və “Qaynar xətt” yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması üçün Apelyasiya Komissiyası fəaliyyət göstərir.

 

Sessiya 2 iyul tarixinə qədər gün ərzində 2 növbədə onlayn davam edəcək.

 



08.06.2021 | 17:00