Bu gün 15 şəhər və rayonda imtahanlar başlayıb

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM)  tərəfindən Bakı şəhərinin Nərimanov, Nəsimi, Qaradağ rayonlarında, Naftalan şəhərində, Abşeron (2-ci hissə), Ağdam, Goranboy, Masallı (1-ci hissə), Sabirabad, Şamaxı, Tərtər, Xaçmaz (1-ci hissə), Zaqatala rayonlarında ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) buraxılış imtahanları  keçirilir.

 

DİM-dən bildirilib ki, imtahanlarda 21423 şagirdin iştirakı nəzərdə tutulub.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarəolunması  96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsinə həvalə edilib.

 

 

 



09.06.2021 | 11:00