Gömrük Akademiyasına beynəlxalq sertifikat təqdim olunub

 

Dövlət Gömrük Komitəsinin Akademiyasına növbəti uğura imza ataraq əldə etdiyi "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikat təqdim olunub.

 

Beynəlxalq sertifikatın təqdim olunması ilə bağlı keçirilən tədbirdə akademiyanın rəisi Qulu Novruzov bildirib ki, Türk Standartları İnstitutu tərəfindən "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülən Gömrük Akademiyası Azərbaycanda bu statusu alan 3-cü ali təhsil müəssisəsidir. Gömrük Akademiyası kadr hazırlığında keyfiyyət standartının yüksəldilməsi üçün ali təhsil sahəsində dünyada mövcud olan ən qabaqcıl təlim texnologiyaları və innovasiyaların tətbiqini başlıca hədəf kimi müəyyənləşdirib.

 

Türk Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gülhan Yüzereroğlu akademiyanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirib, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib.

 

Qeyd edək ki, Türk Standartları İnstitutu tərəfindən 2021-ci ilin yanvar ayında bütün strukturlarda aparılan audit nəticəsində akademiyanın "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq standartın tələblərini tam olaraq ödədiyi müəyyən edilib və prosesin yekununda Dövlət Gömrük Komitəsinin Akademiyası "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq TS EN ISO 9001:2015 sertifikatına layiq görülüb.

 

 



09.06.2021 | 13:02