Gömrük Akademiyasında yeni ixtisas

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün bakalavriat səviyyəsinə yeni ixtisas - İnformasiya texnologiyaları ixtisası üzrə tələbə qəbulu həyata keçiriləcək.

 

Akademiyadan bildirilib ki, I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisasa 20 yer nəzərdə tutulur. Bununla da, Akademiyada bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı beş olacaq.

 

Beləliklə, akademiyada I ixtisas qrupu üzrə İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, II ixtisas qrupu üzrə İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, III ixtisas qrupu üzrə isə Hüquqşünaslıq ixtisasına qəbul həyata keçiriləcək.

 

Bununla yanaşı, akademiyada 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə qəbul Gömrük işi və Beynəlxalq iqtisadi hüquq ixtisaslaşmaları üzrə həyata keçiriləcək.

 



10.06.2021 | 14:24