Elmi müəssisədə I kurs magistrantların yay imtahan sessiyası

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda təhsil alan I kurs magistrantların 2020/2021-ci tədris ili üzrə yay imtahan sessiyası başlayıb.

 

Neft kimyası, Ətraf mühit kimyası, Nanomateriallar kimyası ixtisasları üzrə təhsil alan I-ci kurs magistrantların Kimyanın tarixi və metodologiyası fənnindən  pedaqoji elmlər doktoru, dosent Almaz Tağıyevanın sədrliyi ilə imtahanı  keçirilib. İmtahan COVİD-19 pandemiyası ilə bağlı sosial məsafə gözlənilməklə ənənəvi formada təşkil olunub. İmtahan uğurla başa çatıb.

 



10.06.2021 | 16:40