Yerdəyişmə müsabiqəsinin nəticələri açıqlanıb | |
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədlərin sənədlərinin yoxlanılması prosesi başa çatıb.
Müsabiqədə uğur qazanan 1841 nəfərdən 1456 namizəd müvafiq sənədləri şəxsi səhifələrinə yükləyərək ərizələrini təsdiq edib. Elektron ərizələr emal edildikdən sonra 1448 namizədin sənədləri qəbul edilib və onlar uğur qazanaraq iş yerini dəyişmək hüququ əldə edib. Eyni zamanda müsabiqə nəticələri barədə məlumat və işə qəbul olunduğuna dair çıxarış namizədlərin şəxsi səhifələrinə göndərilib.
İş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanan namizədləri təbrik edir və uğurlar arzulayırıq!
|
|
![]() |
12.06.2021 | 11:58 |
|
|
|