Şahlar Əsgərova nazirliyin "Fəxri Fərman"ı təqdim edilib

İyunun 16-da Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 80 illik yubileyi münasibətilə görüş keçirilib. 
 
Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə baş tutan görüşdə Şahlar Əsgərov təhsilin inkişafında xidmətlərinə görə və anadan olmasının 80 illik yubileyi münasibətilə Təhsil Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilib. 

 

Təltifi təqdim edən təhsil naziri  Emin Əmrullayev Şahlar Əsgərovun təhsilin və elmin inkişafındakı rolunu xüsusi dəyərləndirib, onu yubileyi münasibətilə təbrik edərək cansağlığı arzulayıb. 

 

Şahlar Əsgərov da öz növbəsində təşəkkürünü ifadə edib.

 

 



16.06.2021 | 15:46