Təhsil Nazirliyi sualları canlı yayım vasitəsi ilə cavablandıracaq

İyunun 29-da saat 11:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. 

 

Canlı yayımda Cəsarət Valehovun qonağı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə olacaq.

 

Verilişdə iyulun 2-dən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilməsindən danışılacaq, müsabiqənin mərhələləri, vakant yerlərin seçimi və bu mövzuda digər suallara aydınlıq gətiriləcək. 

 

Mövzuya uyğun sualları canlı yayım zamanı şərhlər bölməsinə yaza bilərsiniz.

 



28.06.2018 | 15:07