UNEC-in strukturunda yenilik

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının növbəti iclasında UNEC Fasiləsiz Təhsil Mərkəzinin əsasnaməsi təsdiqlənib. Bildirilib ki, FTM dinləyiciləri orta ümumtəhsil məktəblərinin buraxılış, ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsinə qəbul imtahanlarına, eləcə də dövlət orqanları tərəfindən həyata keçirilən müxtəlif imtahanlara hazırlayacaq. Müxtəlif peşə hazırlığı kursları, korporativ təhsil proqramları, o cümlədən mini ixtisas, yaşlılar üçün müxtəlif təhsil proqramları və s. təşkil edəcək.

 

Daha bir yenilik isə UNEC-də Rəqəmsallaşdırma üzrə prorektor vəzifəsinin yaradılması barədə olub. Yeni qərar şura üzvləri tərəfindən təsdiq edilib.



17.06.2021 | 13:18