Təhsil naziri Salim Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

İyunun 17-də təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Prezidenti Administrasiyasının yanında İnsan Resursları Ofisinin müdiri Salim Atayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı ölkəmizin ali təhsil müəssisələrində fəaliyyət göstərən karyera mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, görüşdə müzakirə olunan məsələ Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokolunda öz əksini tapıb.

 

 



18.06.2021 | 13:12