Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi” mövzusunda beynəlxalq konfrans

Gəncə Dövlət Universitetində Türkiyənin Atatürk Universiteti ilə birgə “Nizami Gəncəvi” adlı beynəlxalq konfrans keçirilib.

 

Konfransın açılışında Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Atatürk Universitetinin prorektoru, professor doktor Hüseyin Özer, konfransın Təşkilat Komitəsinin sədri Asuman Gökhan, Ədəbiyyat fakültəsinin dekanı, professor doktor Dilaver Düzgün, kafedra müdiri, professor doktor Nimet Yıldırım çıxış ediblər.

 

Konfransda “Nizami Gəncəvi və əsərləri”, “Nizami Gəncəvinin Türk ədəbiyyatına təsiri”, “Nizami Gəncəvidən bəhrələnən Türk şairləri” və “Nizami Gəncəvi və fəlsəfə” mövzularında çıxışlar dinlənilib.

 

Təqdim olunan məqalələr ümumilikdə 5 bölmədə məruzə edilib.

 

Konfransa Gəncə Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Atatürk Universiteti (Türkiyə), İstanbul Universiteti (Türkiyə), Ərzurum Texniki Universiteti (Türkiyə), Mardin Artuklu Universiteti (Türkiyə), Ağrı İbrahim Çeçen Universiteti (Türkiyə), Gaziosmanpaşa Universiteti (Türkiyə), Delh Universiteti (Hindistan), Near Universiteti (Kıbrıs),  Təbriz Universitetinin (Hindistan) əməkdaşları tərəfindən, eyni zamanda Qırğızıstan Respublikasından məqalələr təqdim olunub.

 



19.06.2021 | 11:47