Bakı Ali Neft Məktəbinin 7 tələbəsi “Azərkimya”-da işə başlayıb

Bakı Ali Neft Məktəbinin (BANM) tələbə və məzunları “Azərkimya” İstehsalat Birliyində işə  başlayıblar.

 

Kimya mühəndisliyi ixtisasının məzunları İkram Rəhimli, Anar Həsənov, Fuad Səfərov, eləcə də eyni ixtisasın V kurs tələbələri- Arzu Bayramova, Elnur Rəsulov, Mahmud Əhmədov və Məhəmməd Usubov işə qəbul zamanı imtahan və müsahibə mərhələsini uğurla keçiblər.

 

İşə qəbul olmaları münasibətilə məzunlarla onlayn görüş keçirən BANM-in rektoru Elmar Qasımov onları  təbrik edib, karyeralarında ilk addımı atan gənc mühəndislərə fəaliyyətlərində uğurlar arzulayıb.

 

Rektor onların qısa zamanda yüksək ixtisaslı kadr kimi çalışdıqları müəssisənin inkişafına töhfə verəcəklərinə inandığını bildirib.

 

Məzunlar da öz növbəsində çalışdıqları müddətdə işlərinə məsuliyyətlə yanaşacaqlarını, bilik və təcrübələrini müəssisənin inkişafı üçün sərf edəcəklərini bildiriblər.

 

 



21.06.2021 | 17:11