Tədris digər dillərdə aparılan birinci siniflərə məktəb seçiminin tarixi

24 iyun saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçmiş uşaqlar üçün məktəb seçiminə start veriləcək.

 

Valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçmiş övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

 

Qeyd edək ki, aprelin 27-dən növbəti tədris ili üzrə I sinfə şagird qəbuluna start verilib. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az  elektron portalı vasitəsilə aparılır. Birinci sinfə şagird qəbulu ilə bağlı “Whatsapp” hesabı da fəaliyyət göstərir. Vətəndaşlar sözügedən “Whatsapp” platforması vasitəsilə I sinfə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.  

 

 “Whatsapp” nömrə: (+994) 51 206 78 48

 

 



22.06.2021 | 10:00