ADAU-da növbəti anonim “Tələbə məmnunluq sorğusu”

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektorluğu ali məktəbdə  idarəetmənin, pandemiya şəraitində onlayn tədrisin, imtahan sessiyasının təşkilinin mövcud vəziyyətini qiymətləndirmək və bunun əsasında daha səmərəli tədbirlər həyata keçirmək məqsədilə tələbələr arasında növbəti anonim “Tələbə məmnunluq sorğusu” keçirir.

 

Dünyanın aparıcı ali təhsil müəssisələrində geniş yayılmış “Tələbə məmnunluq sorğusu” təcrübəsi təhsilin idarə edilməsi prosesində tələbələrin rəy və təkliflərinin maksimum dərəcədə nəzərə alınmasında, idarəetmə qərarlarının səmərəliliyinin yüksəldilməsində mühüm rol oynamaqla yanaşı, ali təhsil müəssisəsinin akkreditasiyası və beynəlxalq akkreditasiyasında qəbul edilən əsas meyarlardan biridir.

 

Tələbələr aparılan sorğuda iştirakları ilə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili, bütövlükdə universitetdən məmnunluğun artırılması məqsədilə vacib qərarların qəbul edilməsində rəhbərliyə yaxından köməklik göstərmiş olurlar.

 

Sorğu 30 iyula qədər davam edəcək.

 



23.06.2021 | 14:17