NDU-nun müəlliminin elmi məqaləsi yüksək impakt faktorlu jurnalda

Naxçıvan Dövlət Universiteti (NDU) Biologiya kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Zərövşən Babayevanın "XXI əsrin yeni kitab formatı- Elektron dərsliklər" elmi məqaləsi Rusiyada “Elm və təcrübə bülleteni” ( “Bulletın of science and practice”) adlı yüksək impakt faktorlu jurnalda nəşr edilib.

 

Məqalədə elektron dərsliklərin üstünlükləri, xüsusilə biologiyanın tədrisində müxtəlif istifadə for­­mat­­ları analiz edilir, dərsliklərin onlayn və ya offlayn rejimdə, kompüter, planşet, mobil telefon vasi­tə­silə is­ti­fadə imkanının olması, əyani vəsaitlərin mövcud­lu­ğu - qrafika, ani­ma­siya, interaktiv fəaliyyət və digər multimedia xü­su­siyyətləri, bö­yük həcmli mə­lumatların saxlanması, mətnlər üzərində qeyd­lə­rin aparılması mümkün­lü­yü, rahat istifadə-axtarış sis­te­mi­nin möv­cud­lu­­ğu araşdırılır.

 

Məqalədə bildirilir ki, elektron dərsliklər istifadəçilərin təh­sil prosesində fəal iş­tirak etmək, onların öyrənmə prosesini fərdiləşdirmək üçün optimal şərait yaradır.

 

 



24.06.2021 | 13:17