Estoniyalı və azərbaycanlı tələbələr dünya bəstəkarlarının əsərlərindən ifalarını təqdim ediblər

Estoniya Musiqi və Teatr Akademiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə onlayn canlı bağlantı və konsert keçirilib.

 

BMA-nın beynəlxalq əlaqələr,  ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova konserti  açıq elan edərək yubileylə əlaqədar silsilə tədbirlərin keçirildiyini və bunun davamlı olacağını bildirib.

 

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İlja Estoniya və Azərbaycanın  dost ölkələr olaraq, daim bir-birlərinin  mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını söyləyiblər.

 

Professor İvari İlja həmçinin qeyd edib ki, Bakı Musiqi Akademiyası bir əsr boyunca dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirib, böyük nailiyyətlər qazanıb.

 

F.Bədəlbəyli professor İvari İljanın  istedadlı bir ifaçı olmasını vurğulayıb,  həmkarını Azərbaycana dəvət edib.

 

Sonra konsertin I və II hissəsi olub. Estoniya Musiqi və Teatr Akademiyasının və  BMA-nın tələbələri dünya bəstəkarlarının əsərlərindən ifalar təqdim ediblər.



24.06.2021 | 14:35