#VİKİADPU layihəsinin iştirakçıları diplomla təltif olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil Könüllüləri İctimai Birliyinin  universitetin 100 illik yubileyinə həsr olunan #VİKİADPU -  vikipediya təlimləri layihəsi çərçivəsində Qorqud Vikipediya Metodik Klubunun təlimlərinə qatılan, Azərbaycan və xarici dillərdə vikipediyada məqalələr yaradan ADPU-nun aktiv əməkdaş və tələbələri mükafatlandırılıb.

 

Klubun rəhbəri, millət vəkili Elnur Allahverdiyev tələbələri  diplomlarla təltif edib.

 

E.Allahverdiyev tələbələrin bilik və bacarıqlarının cəmiyyətimizin gələcəyi üçün ən əhəmiyyətli faktorlardan olduğunu diqqətə çatdırıb.

 

Təltif olunan üzvlər arasında universitetin dosenti Mirvari Verdiyeva, təşkilatın sədri Taleh Mirzəyev, aktiv iştirakçılardan Aytac Səmədova, İntiqam Mərdanlı, Aslan Heybətov, Elmira Poladova, Bikəxanım Qulaməddinova, Günay Dəmirzadə və Rəfiqə Pənahova yer alır.

 

Qeyd edək ki, təlimlər 2021-ci ilin fevral-aprel ayları ərzində reallaşdırılıb. Layihə çərçivəsində onlayn təlimlərdə vikipediyada işləmə bacarıqlarını mənimsəyən iştirakçılar tərəfindən təxminən vikipediyaya 50 yeni məqalə, 60-dan çox orijinal fotolar əlavə edilib, 15 məqalədə əsaslı redaktə aparılıb. Məqalələr əsasən, Vətən müharibəsi, elmin müxtəlif sahələri və ADPU ilə bağlıdır.

 



26.06.2021 | 15:15