ADPU tələbələri birinci yerə layiq görülüb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Tələbə Baharı” XV Ümumrespublika Tələbə Yaradıcılıq Festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Mərasimdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, ADBTİA-nın rektoru Fuad Hacıyev, millət vəkilləri Müşfiq Cəfərov və Vüsal İsgəndərov, ATGTİ-nin sədri Pərviz Mirələmli iştirak ediblər.

 

Mərasim zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) III kurs tələbələri Məxfirət Hüseynova və Məhəmməd Səmədov bəstəkar mahnıları və xalq mahnıları kateqoriyası üzrə birinci yerə layiq görülüblər.

 

 



27.06.2021 | 12:20