Məktəbli gimnastların beynəlxalq uğuru

Monteneqronun Budva şəhərində keçirilən “Monteneqro Cup” beynəlxalq turnirində Təhsil Nazirliyinin İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər gimnastika məktəbinin yetirmələri yüksək nəticə əldə edib.

 

12 ölkədən 200 nəfərdən çox gimnastın iştirak etdiyi yarışlarda ölkəmizi məktəbin 5 idmançısı təmsil edib.

 

Uşaq yaş kateqoriyasında çıxış edən Aysel Rzayeva halqalar, Yelizaveta Yefremova gürzlər, Zəhra Tahirova alətsiz növlərdə qızıl, yeniyetmələr üzrə Fəxriyyə Əliyevə gürzlə çıxışda bürünc medal qazanıb, Leyli İsmayılova isə top və halqalar çıxışı ilə turnirin ikiqat qalibi olub. Təmsilçilərimiz ümumilikdə 5 qızıl və 1 bürünc medala layiq görülüb.

 

Qeyd edək ki, yeniyetmə yaş kateqoriyası üzrə çıxış edən hər iki gimnastımız Azərbaycan Milli komandasının üzvləridir.

 

Məktəblilərimizi təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq!

 

 



30.06.2021 | 10:33