Məktəblilər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində

Bakının Nərimanov rayonunda yerləşən 47 saylı orta məktəbin bir qrup yuxarı sinif şagirdi məktəbin direktoru Aytən Bağırova və müəllimə Aybəniz Rüstəmova ilə birlikdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) qonağı olub. BBMM-in icraçı direktoru Rəvan Həsənov məktəblilərə  multikulturalizm siyasəti, Azərbaycandakı multikultural mühit, multikulturalizm modeli, eləcə də Mərkəzin fəaliyyəti, həyata keçirilən layihələr haqda geniş məlumat verib.

 

Görüşün sonunda şagirdlərə  BBMM-in nəşri olan kitablar hədiyyə edilib.

 

 



01.07.2021 | 11:25