Gənc alimlər müsabiqəsi başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iyunun 29-da keçirilən iclasında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə gənc alimlər üçün elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə mükafatları AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

 

Müsabiqədə Akademiyanın 46 gənc alimi iştirak edib. Müsabiqənin nəticələrinə görə, mükafata 14 gənc alim layiq görülüb. Qaliblər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən mükafatlandırılıb.

 

I yerə Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi Ziyarət Paşayeva və Qafqazşünaslıq İnstitutunun aparıcı elmi işçisi Elnur Kəlbizadə, II yerə Radiasiya Problemləri İnstitutunun mühəndisi Səbuhi Nuruyev və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Mehman Həsənov, III yerə  Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi Səmra Mirzəyeva və Şərqşünaslıq İnstitutunun elmi işçisi Ülkər Baxşiyeva layiq görülüblər.

 

Həvəsləndirici mükafatlara isə İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi Günay İsgəndərli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi Elmir Babayev, Coğrafiya İnstitutunun kiçik elmi işçisi Züleyxa Eyyubova, Dendrologiya İnstitutunun kiçik elmi işçisi Nigar Məmmədova, Dilçilik İnstitutunun böyük elmi işçisi Aysel Qəribli, Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi Amal Həsənli, Mikrobiologiya İnstitutunun baş laborantı Aytən Səfərova və Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi Əfruz Nəsirova layiq görülüblər.

 

 

 



29.06.2018 | 18:31