İdman liseyinin yetirmələrinin beynəlxalq uğuru

Bakı şəhəri 1 nömrəli idman liseyinin yetirmələri cüdo üzrə gənclərin Avropa Kubokunda və yeniyetmələrin Avropa Kubokunda milli yığma komandanın tərkibində uğurla çıxış ediblər.


Liseyin idmançısı Turan Bayramov Portuqaliyanın Koimbra şəhərində gənclər arasında keçirilən 24 ölkədən 306 cüdoçunun iştirak etdiyi yarışda qızıl medala layiq görülüb. 


Liseyin digər yetirməsi Aydın Rzayev Çexiyanın Teplisa şəhərində yeniyetmələr arasında keçirilən 28 ölkədən 371 idmançının iştirak etdiyi yarışda gümüş medal qazanıb. 

 

 



07.07.2021 | 10:14