"Su ehtiyatlarından səmərəli istifadə”

Qubadlı rayon Teymur Müskanlı kənd tam orta məktəbində "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda onlayn tədbir keçirilib.

 

Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda mövcud olan su problemləri, təmiz su və onun istifadəsi, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, sudan istifadə sahəsində yeni qənaətcil texnologiyaların tətbiqi və itkilərinin qarşısının alınmasında məktəblilərin maarifləndirilməsi, onların biliklərinin artırılmasıdır.

 

Şakir CƏFƏROV

 



07.07.2021 | 15:41