“Mənim ixtisasım” layihəsi çərçivəsində məktəblilərin UTECA ilə tanışlığı

Göygöl Təhsil Mərkəzinin abituriyentləri  Azərbaycan Texnologiya Universitetində (UTECA)  olublar.

 

Mərkəzin təşəbbüsü, UTECA-nın, eləcə də Gənclərin İnkişafı və Karyera Mərkəzinin Göygöl filialının birgə təşkilatçılığı ilə “Mənim ixtisasım” layihəsi çərçivəsində baş tutan ziyarətdə onlarla məktəbli iştirak edib.

 

Mərkəzin Gəncə, Balçılı, Samux və Şəmkir filiallarının abituriyentləri UTECA-nın bütün korpuslarında, yüngül sənaye mühəndisliyi və logistika, qida mühəndisliyi, avtomatika, telekommunikasiya və informatika, iqtisadiyyat və idarəetmə fakültələrində maraqlı görüşlər keçirib, universitetin maddi-texniki bazası ilə yaxından tanış olub, rəhbərliyin məlumatlarını dinləyiblər.

 

Abituriyentlər Logistika mərkəzi, Gön-dəri, Tekstil və toxuculuq laborotoriyalarında gedən prosesləri izləyib, dizayn otaqları, idman və akt zalı, kitabxana ilə tanış olub, Logistika, Metallurgiya, Turizm, İKT, Ekologiya, Biznes, İqtisadiyyat ixtisasları haqqında ətraflı məlumatlandırılıblar.

 



07.07.2021 | 17:12