HTP məzunundan təlim proqramı

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlərin keçirilməsinə başlanılıb. 


10 iyul saat 11:00-da baş tutacaq təlim proqramı “COVID-19 pandemiyasının iqtisadiyyata təsiri: Pandemiya - dünya iqtisadiyyatı üçün təhdid və ya yeni imkanlar?” mövzusuna həsr edilib. Təlimçi HTP proqramı çərçivəsində 2016-2018-ci tədris illəri üzrə Macarıstanda magistratura təhsili almış Xədicə Abdullayevadır. 


Təlimdə iştirak etmək üçün müvafiq link   https://forms.gle/PLMhitzgzAmmRCTS7  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.


Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

 

 



08.07.2021 | 09:50