“Hər şeyi bir kənara qoyaraq yalnız imtahanlara kökləndim”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2018-ci il məzunu Vəfa Rəcəbova  İbtidai sinif üzrə müəllimliyə keçirilən imtahanlarda 60 bal toplayan namizədlərdəndir.

 

“Məzun olandan sonra  müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatıldım. Lakin 50 bal toplayaraq uğur qazana bilmədim. Bu müddət ərzində kurslarda fəaliyyət göstərərək həm də öz üzərimdə işlədim. Hər şeyi bir kənara qoyaraq yalnız imtahanlara kökləndim”-deyən V.Rəcəbova  qazandığı uğurun səbəbini məhz öz üzərində çox çalışmasıyla izah edir: “İmtahanda mənə çətin gələn suallar üzərində çox dayanmadım. Asan hesab elədiklərimi sürətlə yazıb çətin saydıqlarımı sonraya saxladım. İmtahanda ən önəmli məsələ məhz budur. Əsas odur ki, qarşımıza hədəf qoymalı, o hədəfə uyğun olaraq çox çalışmalı, özümüzə güvənməliyik. Hər kəsə tövsiyəm də məhz budur. Sadəcə, özlərinə güvənsinlər, hədəflərinə köklənsinlər  və deyilənlərə inanmasınlar. Kənardan insanın iradəsini qıran çox fikirlər səsləndirirlər. Məsələn, oxumağın xeyri yoxdur, yaxud, suallar çətindir kimi fikirlərə qulaq asmaq lazım deyil”. 

 

V.Rəcəbovanın hədəfinə gəlincə, o, növbəti dərs ilindən  evinə yaxın olan məktəblərdən birində müəllimliyə başlamaq istəyir.

 

Ruhiyyə

 

 



08.07.2021 | 11:02