Ukraynalı universitet rektoru ADNSU-nun yubiley medalı ilə təltif edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenko və nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə universitetlər arasında əməkdaşlığın yeni istiqamətləri  və perspektivlər, həmçinin tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.

 

Professor M.Babanlı universitetlə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasındakı xidmətlərinə görə V.Onişenkoya "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı”nı təqdim edib. 

 



08.07.2021 | 15:35