“Məktəb inspektoru” olmaq üçün son bir gün

“Məktəb inspektoru” vəzifəsi üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcək. 

 

Müraciət etmək istəyən şəxslər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəsmi internet səhifəsinə (www.tkta.edu.az) daxil olub vakansiya tələbləri ilə tanış olduqdan sonra məlumatlarını göndərə bilərlər.

 

Qeyd edək ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-valideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

 

 



09.07.2021 | 10:51