Türkiyənin səfiri ADAU-da

Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.

 

Universitetin rektoru, professor İbrahim Cəfərov ikili diplom proqramları, Türkiyənin ali təhsil müəssisələri ilə olan əlaqələr, Şərqi Avropada analoqu olmayan yeni tədris korpusu, təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələrin inkişafı barədə səfirə ətraflı məlumat verib. Həmçinin, pandemiya dövründə müxtəlif ixtisaslardan olan türkiyəli mütəxəssislərin ADAU tələbələri üçün mühazirələr söylədiyi diqqətə çatdırılıb.

 

Səfir Cahit Bağcı universitetdə işlərin müasir standartlara uyğun aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərini yerinə yetirmək üçün təhsil ocağında  böyük imkanların olduğunu qeyd edib.

 

Görüşdən sonra səfir ADAU-dakı Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə baş çəkib. Muzeydə yerləşən eksponatlar haqqında qonağa ətraflı məlumat verilib.

 



13.07.2021 | 11:19