SABAH tələbələrinin magistratura uğuru

SABAH qruplarından cari ildə məzun olan tələbələrin 63,2 faizi 2021-2022-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul imtahanında iştirak edib. Onlardan 95,8 nəfəri keçid balını toplayıb.

 

SABAH qrupları tələbələrindən 1 nəfəri məntiq  (50/50), 1 nəfəri informatika (25/25), 7 nəfəri isə ingilis dili (25/25) üzrə maksimal bal toplayıb.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilində SABAH qruplarından 28 ixtisas üzrə 759 tələbə məzundur.

 

 



13.07.2021 | 14:53