Şagirdlər “Yay məktəbi”ndə

Yay məktəblərində Qubadlı rayon  ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak ediblər. Məşğələlərdə təhsilalanlara müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar öyrədilib, bölmələr üzrə ümumiləşdirmələr aparılıb, kompleks mövzular üzrə tapşırıqlar işlənilib.

 

Təhsil şöbəsindən  verilən məlumata görə, rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri və məktəblərin pedaqoji heyətləri “Yay məktəbi”nin təşkilində və uğurla başa çatmasında fəallıq göstəriblər. Qeyd edilənlər nəzərə alınaraq yay məktəblərinin təşkilində xüsusi fəallıq göstərən təhsil işçiləri rayon təhsil şöbəsinin rəhbərliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.

 

Şakir CƏFƏROV

 



16.07.2021 | 17:51