ADPU-nun Quba filialında yeni layihəyə start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “ADPU-nun Quba filialı: regionun elm, təhsil və mədəniyyət məbədi” adlı layihəyə start verilib. Layihə ADPU-nun 100, Quba filialının isə 30 illik yubileyinə həsr olunub.

 

Filialın direktoru, dosent Yusif Alıyev, ADPU-nun mətbuat katibi Cavid Hüseynov və universitet əməkdaşlarının iştirakı ilə Quba rayon Şəhidlər Xiyabanına ziyarətlə başlayan layihə qarşıdakı bir ay ərzində Quba filialının tarixi-mədəni irsini, müasir yanaşmalarını, maddi-texniki bazasını, strukturlarının fəaliyyətini və gələcək perspektivlərini geniş ictimaiyyətə çatdırmağı nəzərdə tutur.

 

Qeyd edək ki, filial rəhbərliyinin təşkilatçılığı ilə keçirilən layihədə universitetin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsi tərəfdaş kimi iştirak edir. Layihənin gedişatı ilə bağlı mütəmadi olaraq  ictimaiyyətə məlumatlar veriləcək.

 

 



22.07.2021 | 17:34