Fransalı jurnalistlər Azərbaycan-Fransız Universitetində

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) fransalı jurnalist Alain Roumestand və fotoqraf Gregory Herpe ilə görüş olub.

 

Görüşdə Paris Azərbaycan Evinin Prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva da iştirak edib.

 

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov qonaqları universitetin binası, onun yaranma tarixi və buradakı tədris şəraiti ilə tanış edib. Bildirilib ki, 2016-cı ildə iki ölkə prezidentinin təşəbbüsü ilə yaradılmış UFAZ bu il 5 yaşını qeyd edir.

 

V.Əskərov UFAZ-ın məzunlarının uğurları barədə jurnalistlərə məlumat verib və təhsil ocağının iki ölkə arasında akademik münasibətlərin inkişaf etdirilməsi istiqamətində oynadığı roldan danışıb.

 

Qeyd edək ki, fransalı jurnalistlərin Azərbaycana səfərinin məqsədi ölkəmizlə daha yaxından tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə baş çəkərək oradakı vəziyyətlə yerində tanış olub, bu barədə fransız oxucularına ətraflı məlumat çatdırmaqdır.

 

 



23.07.2021 | 14:25