932 tələbə köçürülmə üçün müraciət edib

İyulun 12-dən bugünədək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 932 müraciət qeydə alınıb.

 

932 nəfərdən 6-sı magistratura səviyyəsindən, 63-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 100-ü orta ixtisas təhsili müəssisəsindən, 763 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasının dəyişdirilməsini istəyən tələbələrdir.

 

Qeyd edək ki, tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi iyulun 26-dək davam edəcək.

 

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

 

 



23.07.2021 | 12:43