Yüksək nəticə göstərən idmançılarla görüş keçirilib

İyulun 27-də Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri olan Avropa və dünya səviyyəli yarışlarda uğurlu nəticə göstərən idmançılarla görüş keçirilib.

 

 Görüşdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Təhsilin keyfiyyətinin yüksəldilməsi, bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini vurğulayan Firudin Qurbanov idmançıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib və uğurlarının davamlı olacağına əminliyini bildirib.

 

Daha sonra çıxış edən 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Avropa Kubokunun qalibi Turan Bayramov görüşün təşkilinə görə təşəkkür edib.

 

Görüşdə qalib idmançılara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim edilib.

 

Sonda xatirə fotosu çəkdirilib.

 

Təltif olunanlar (fotolar)

 

 



27.07.2021 | 18:54