"BİR" tələbə-könüllülərdən MİQ imtahanlarına könüllü dəstəyi

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bakı, Sumqayıt və Abşeronda təşkil edilmiş işə qəbul imtahanlarına 120-dən çox "BİR" tələbə-könüllü dəstək göstərib.

 

Tələbə-könüllülər 21 gün davam edən imtahanlarda namizədlərin məlumatlandırılması, imtahan nəzarətçisi, istiqamətləndirmə, sosial izolyasiya qaydalarına riayət, eyni zamanda, imtahan prosesində nəzarətçi kimi faəliyyətlərdə könüllü dəstəyi göstəriblər.  

 

Qeyd edək ki, tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən “BİR” tələbə-könüllü proqramı tərəfindən indiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər.

 

 



05.08.2021 | 16:19