UTECA-da tələbələrin peyvəndlənməsi başlayıb

Azərbaycan Texnologiya Universiteti (UTECA) tələbələrinin COVID-19 virusuna qarşı peyvəndlənməsi prosesinə start verilib. 

 

Ali məktəbdən bildirilib ki, UTECA-da yaradılmış müvəqqəti vaksinasiya məntəqəsində tələbələrin koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə 4 avqust tarixindən başlanılıb. Vaksinasiya prosesində universitetin Gəncə şəhərində yaşayan və qeydiyyatda olan tələbələri iştirak ediblər.

 

Hazırda proses davam edir.

 

 



09.08.2021 | 12:21