Səriştəli metodist olmaq istəyənlərin nəzərinə!

Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.

 
Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək:

 

  • - Ali təhsil;
  • - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
  • - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
  • - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı;
  • - Təşkilatçılıq bacarığı;
  • - Komanda ilə işləmək bacarığı;
  • - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı;
  • - Yaş həddi: 27 yaşdan yuxarı

  

Namizədlər öz CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...
 

Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.
https://cutt.ly/ymDZwW6

 



13.08.2021 | 10:26