Şamaxıda gənc kimyaçıların yay məktəbinin açılışı olub

AMEA Kimya Elmlər Bцlməsi və Gənc Alim və Mьtəxəssislər Юurasэnэn birgə təşkilatçılığı ilə kimya sahəsində tədqiqatlar aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçirilib. İyulun 4-də AMEA-nın Юamaxэ Astrofizika Rəsədxanasэnda yay məktəbinin açılışı olub.

        

AMEA-dan bildirildiyinə görə, öncə iştirakçılara rəsədxananın foyesində təşkil edilən sərgilər əsasında bu elm mərkəzi haqqında ətraflı məlumat verilib.

        

Tədbirdə Kimya Elmlər Bölməsinin akademik-katibi, akademik Dilqəm Taрэyev çıxış edərək “Gənc kimyaçıların yay məktəbi-2018”in akademiyanın tarixində gerçəkləşdirilən bu cür ilk təşəbbüs olduğunu bildirib. Qeyd edib ki, gənc alim və mütəxəssislərin bir–birini yaxından tanımaları, qeyri-rəsmi müstəvidə aktual mövzularda fikir mübadiləsi aparmaları baxımından belə məktəblər xüsusi əhəmiyyət kəsb edir. Alim kimyaçıların yay məktəbində bölməyə daxil olan 4 institutdan 12 fəlsəfə doktoru, 16 doktorant və 6 magistr olmaqla, ümumilikdə 34 gənc mütəxəssisin iştirak etdiyini diqqətə çatdırıb.

        

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov astrofizika elmi ilə kimya elminin qarşılıqlı əlaqələri barədə fikirlərini söyləyərək bu mövzuda müzakirələrin aparılmasının vacibliyini vurğulayıb və  yay məktəbinin iştirakçılarına uğurlar arzulayıb.

        

Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov yay məktəbinin əhəmiyyətindən danışaraq ilk dəfə keçirilən bu tədbirə marağın gözlənildiyindən də çox olduğunu deyib. Qeyd edilib ki,  kimya sahəsində tədqiqatları ilə fərqlənən xeyli gənc alim və mütəxəssis yay məktəbində iştirak etmək hüququ qazanıb. O, daha sonra yay məktəbinin məqsədi və formatı haqqında gəncləri, yerli icra orqanlarının nümayəndələrini və media təmsilçilərini məlumatlandırıb.

        

Tədbirin rəsmi açılışından sonra 4 aktual mövzuda məruzələr dinlənilib, gənc kimyaçılar arasında fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, 5 gün müddətində gənc kimyaçılar müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcək, habelə yay mövsümündə vaxtlarını səmərəli keçirəcəklər. Belə ki, ilk günlərdə prioritet istiqamətlərlə bağlı AMEA-nın kimya bölməsinə daxil olan elmi müəssisələrdə aparılan tədqiqatların nəticələri yay məktəbində müzakirə ediləcək. Sonrakı günlərdə isə  iştirakçı gənclər teleskopla ulduzları müşahidə edəcək, ulduzlar sistemi haqqında sənədli filmlərə baxacaq, həmçinin  Şamaxı rayonu ərazisindəki tarixi məkanlara ekskursiyalara gedəcəklər.

 

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunacaq.

 

Samirə KƏRİMOVA

 



05.07.2018 | 13:26